Amerikalı kimyaçı Halen Fraysingerin 2000-ci ildəki Bakı səfəri: foto arxivindən nadir görüntülər
2022-ci ildə 91 yaşında vəfat etmiş amerikalı kimyaçı Halen Fraysinger özündən sonra çox böyük foto arxivi miras qoyub. Uşaqlıqdan onda səyahət həvəsi və hər şeyi lentə köçürmək istəyi formalaşmışdı.
Alim ikinci həyat yoldaşı ilə birlikdə 180 ölkəyə səfər etdiyini tez-tez xatırlayırdı. Fraysingerə müxtəlif insanların həyat tərzi, mədəniyyəti, adət-ənənələri və s. həmişə maraqlı gəlirdi. Alimin yaşı 80-i keçdikdən və təkbaşına hərəkət qabiliyyətini itirdikdən sonra belə o hələ də ABŞ-ni gəzir və fotoşəkillər çəkməyə davam edirdi. Fraysingerin arxivində onun 2000-ci ildə ziyarət etdiyi Azərbaycanda, xüsusilə, Bakı, Şəki və Şamaxıda lentə aldığı fotoşəkillər var.
Bu materialda amerikalı alimin – həvəskar səyyahın 2000-ci ildə obyektivinə tuş gəlmiş Bakı metrosu, İçərişəhər və paytaxtın digər yerlərinə aid olan fotoşəkillər öz əksini tapıb.
Məlumat azerhistory.com saytına istinadən hazırlanıb.