Ötən il Azərbaycanda 243 muzey qeydə alınıb ki, bunun da 37-si Bakıda yerləşir.
Baki-baku.az-ın məlumatına görə, paytaxtda bu muzeylərin ən çox yerləşdiyi rayon Səbail (17) rayonudur. Daha sonra 9 muzeylə Yasamal rayonu ikinci pillədə qərarlaşır. Digər rayonlar da isə 1 və ya 2 muzey qeydə alınıb.
Paytaxtın muzey olmayan rayonları isə Binəqədi, Nizami və Sabunçudur.