Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki yanğınla mübarizə tədbirlərini davam etdirirlər.
Baki-baku.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, fövqəladə hallar nazirinin müavini, general-mayor Adil Abdullayev hazırda hadisə yerindədir.
Əlavə məlumat veriləcək.


***
“Sədərək” ticarət mərkəzində yanğın başlayıb.
Baki-baku.az xəbər verir ki, yanğın “Şirniyyat”bazarında uşaq oyuncaqları anbarındadır.
İlkin məlumata görə, yanğın ehtiyatsızlıqdan yaranıb.

Xanım Aydın