Bakının göz oxşayan tikililərindən biri də, baxışları üzərinə çəkən, Nərimanov rayonunda, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən məşhur “Saatlı bina”dır. Qülləsinin başında dayanmış saat sürətlə inkişaf edən şəhərin ritmi ilə ayaqlaşmağa çalışır. Bu bina təkcə daşdan, betondan ibarət deyil, həm də Bakı sakinlərinin xatirələrinə hopmuş simvolik bir işarədir.
Baki-baku.az “Saatlı bina”dan fotoreportaj hazırlayıb, qülləsinə daxil olaraq paytaxtın simvoluna çevrilən bu saatı yaxından sizə təqdim edir: