Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/21/2025

Paylaşın

GÜNDƏM

Bakıda binanın həyətinin özəlləşdirilərək qanunsuz parklanmaya çevrilməsinin qarşısı alındı

Nəsimi rayonu, Mir Cəlal küçəsi

Bakının Nəsimi rayonu, Mir Cəlal küçəsində sakinlər tərəfindən yaradılan qanunsuz parklanma yerləri sökülüb.
Baki-baku.az-ın “Instagram” hesabına binanın sakinlərindən daxil olan şikayətə görə, sözügedən küçədə qanunsuz şəkildə dirəklər basdırılıb, zəncirlər vasitəsilə parklanma yeri yaradılıb. Hər kəsin istifadəsində olan ərazi bəzi şəxslərin özəl mülkiyyətinə çevrilib.
Redaksiyamızın adiyyəti üzrə müraciətindən sonra Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları dərhal hadisə yerinə gediblər. Küçəyə qanunsuz basdırılan dirəklər və zəncirlər sökülüb, ərazi yenidən bina sakinlərinin ümumi istifadəsinə verilib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dünya fatehi Əmir Teymur İsfahana varan zaman Şirvan Şahlığında olduğu kimi, qan qardaşlarına qılınc sıyırmaq istəmədi.