Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/21/2025

Paylaşın

GÜNDƏM

Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

IMG-20250821-WA0022

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Baki-baku.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 21-də 35/6 kV-luq 80 saylı yarımstansiyada hava və kabel xətlərində, Tranformator Məntəqələri (TM), Komplekt Transformator Məntəqələrində (KTM) təmir-təftiş və gücləndirmə işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:30-dan 14:30-dək Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafında yerləşən yaşayış massivlərində, eləcə də “Motodrom” adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də “Hacıkənd” İstirahət Kompleksinin tikintisi ilə tanış