Bakının Həsən Əliyev küçəsində işıqforun işləməməsi məsələsi aradan qaldırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Baki-baku.az-a bildirilib ki, işıqforların işləməməsinə səbəb işıqforda yaranan problem yox, əraziyə verilən elektrik enerjisinin kəsilməsi olub. Artıq aidiyyəti qurum tərəfindən eleketrik enerjisinin verilişi bərpa olunub və yaranan problem aradan qaldırılıb.
Qeyd edək ki, bu gün Həsən Əliyev küçəsində işıqforların fəaliyyətində problem yaranmışdı. Bu sərnişinlərin və avtomobillərin hərəkətinə çətinlik yaradırdı.