Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/17/2025

Paylaşın

ETNOQRAFIYA

Çörək bişirməklə hekayə danışan səyahətçi – Yaqub Zeynalzadə

IMG-20250817-WA0016

Baki-baku.az-ın bugünkü qonağı səyahətçi, aşpaz, sosial sahibkar Zeynalzadə Yaqubdur

Çörəyin tarixi bəşəriyyətin yaranma tarixi ilə eynidir. Necə oldu ki, siz çörək bişirməyə başladınız?

-Mən istəyirdim ki, bizdə olan kəndlərin səsini insanlara çatdırım. Bildirim ki, belə kənd məhsulları var. Buna görə nənəmin yolu ilə getməyi qərara aldım. Əlimin altında olanlardan istifadə etməyə başladım. İnsanları evə qonaq dəvət edərək, kənd məhsullarını kulinariya biliklərinə qarışdırıb hekayələr danışırdım insanlara. Elə hekayələr ki, onu həm də dada bildirdilər. Belə-belə cəhdlərin sayəsində bir gün qonaqlardan biri dedi ki, sən qəşəng bildirirsən, gəl mən də sənə çörək bişirməyi öyrədim. Mən onda başa düşdüm ki, sən demə çörək çox qədim bir ənənə imiş və çörəyi balata ilə, acı xəmrə ilə də bişirirmişlər.

-Arxeoloji qazıntılar zamanı bütün xalqlara məxsus çörəkbişirmə alətləri çıxır. Bu da onun göstəricisidir ki, tarixi çox qədimdir.

-Hətta deyilənə görə, insan sivilizasiyasının özü də çörəklə bağlıdır. İnsan çörəklə birgə sivilləşməyə başlayıb. Son illərdə keçmiş qaydayla çörək bişirmək ənənəsi təəssüf ki, yoxa çıxır. Sənayeləşmə dövrü və sürətlə kecən zamanda insanlar daha gecədən səhərə kimi xəmirin acımasını gözləmir, yeni növ mayalardan istifadə edərək daha tez çörək bişirirlər. Bu ənənə itdikcə bizim irsimiz də dəyişir, qərarverməniz, bir gəldiyimiz, bir yerə toplaşmaq kimi adətlərimiz də itir. Biz bu cür çörək bişirməklə bu günü keçmişə aparırıq.

-“Festina lante” deyilən bir anlayış var, imperator Avqust öz döyüşçülərinə deyirmiş ki, tələsin, amma yavaş-yavaş tələsin. Mənə elə gəlir ki, bu ifadə balatı ilə çörək bişirmək ənənəsi ilə səsləşir. Çünki o, sanki çörəyin tez bişməsi üçün tələsir, amma eyni zamanda da xəmirin acıması ləng gedir. Tələsmədən iş görəndə nəticə də yaxşı olur. Deyəsən, sizin üsulla hazırlanan çörəyin də nəticəsi yaxşı olur, mədəyə də ağırlıq vermir.

-Bəli. Balata ilə çörək hazırlayanda gecədən səhərə kimi xəmirin acıması zamanı minlərlə bakteriyalar iştirak edir. Məsələn, laktobakteriyalar var ki, onlar karbohidratların içərisində olan şəkəri yeyirlər. Ona görə də həmin çörəklər turş və az şəkərli olur. Bu, mədəmizə çox xeyirdir. Biz kiçik bir yerdə çox az insana “hekayəmizi” danışa bilirdik. Ona görə də düşündük ki, çörəyi daha çox adama çatdıraq və biz də çörəyimiz kimi böyüməyə başladıq.

-Bakı ilə bağlı çörək bişirsəydiniz, məxsusi nə əlavə edərdiniz?

-Cirə,zeytun, zəfəran. Amma şirin çörək olarsa, əncir əlavə edərdim.

Söhbətləşdi: Deniz Məmmədli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Atlantik okeanı ilə Sakit okean arasında su yolundan danışanda, göz önünə dərhal Panama kanalının nəhəng şlyuzları və sonsuz