Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/15/2025

Paylaşın

GÜNDƏM

Bakının müxtəlif ərazilərindəki qanunsuz köşklər sökülüb – FOTOLAR

qanunsuz köşklər sökülüb, Köşk, Kiosk

Bakının müxtəlif rayonlarında şəhərsalma normalarına və estetik görünüşə zidd şəkildə quraşdırılmış qanunsuz köşklərin sökülməsi istiqamətində tədbirlər davam etdirilir.
Baki-baku.az-ın əldə etdiyi məlumata görə, növbəti söküntü işləri paytaxtın Xətai rayonunun Məzahir Rüstəmov və Neapol, Binəqədi rayonu 1-ci mədən, Yasamal rayonu Kazım Kazımzadə küçələrində aparılıb.
Qeyd olunan obyektlər şəhərin memarlıq-estetik simasının pozulmasına yol açırdı və bu köşklər heç bir razılıq alınmadan quraşdırılıb və istismar olunurdu.
Söküntü işləri zamanı təhlükəsizlik tələblərinə ciddi şəkildə riayət olunub, ərazidə yaşayan sakinlərə əvvəlcədən məlumat verilib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Бамия — одно из самых популярных традиционных восточных сладостей, известное своим нежным тестом, хрустящей текстурой и сладким сиропом