2024-cü ildə Azərbaycanda 4727 ağır və xüsusilə ağır cinayətlər törədilib ki, bunun da 2507-si Bakının payına düşüb.
Baki-baku.az-ın əldə etdiyi məlumata görə, paytaxtda ağır cinayətlərin ən çox törədildiyi rayon Nərimanovdur (352). İkinci pillədə Sabunçu (336), üçüncü pillədə isə Yasamal (311) rayonu yer alıb.
Pirallahı (2), Nizami (107) və Xəzər (143) rayonları isə ağır cinayətlərin ən az törədildiyi rayonlar olub.