Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/14/2025

Paylaşın

GÜNDƏM

YTB: Dezinfeksiyaya ehtiyac olan əraziləri müəyyənləşdirmək üçün gündəlik monitironqlər aparılır

YTB, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Dezinfeksiya

Paytaxtın müxtəlif ərazilərində ətraf mühitin qorunması, ictimai sağlamlığın təmin olunması və yaşıllıqların mühafizəsi məqsədilə mütəmadi olaraq genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində parklar, xiyabanlar, istirahət zonaları, gül-çiçək əkilmiş sahələr, ağac zolaqları, həmçinin sıx insan axını olan digər yaşıl məkanlar xüsusi məhlullarla dezinfeksiya olunur.
Bu barədə Baki-baku.az-a Bakı Şəhər Yaşıllaşdırma Birliyindən açıqlama verilib.
Qurumdan bildirilib ki, proses planlı şəkildə aparılmaqla yanaşı, operativ müdaxilə imkanları da nəzərə alınır. Belə ki, ərazilərdə aparılan gündəlik monitorinqlər zamanı dezinfeksiya ehtiyacı olan yeni sahələr müəyyən edilərsə, dərhal müvafiq tədbirlər görülür. Monitorinqlər zamanı həm bitkilərin sağlamlıq vəziyyəti, həm də ərazidəki sanitar-gigiyenik şərait qiymətləndirilir.
Bununla yanaşı, görülən işlər yalnız zərərli mikroorqanizmlərin, xəstəlik törədicilərinin və zərərvericilərin qarşısını almaqla məhdudlaşmır, həm də paytaxt sakinləri və şəhərə gələn turistlər üçün daha təmiz, estetik cəhətdən baxımlı və ekoloji cəhətdən sağlam mühitin formalaşdırılmasına xidmət edir. Yaşıllaşdırma Təsərrüfatı Birliyi, həmçinin dezinfeksiya işləri zamanı istifadə olunan maddələrin ekoloji təhlükəsizliyinə xüsusi diqqət yetirdiyini vurğulayır, bununla da həm insan sağlamlığının, həm də bitki örtüyünün qorunmasına zəmanət verir.
Qurum, eyni zamanda, sakinlərdən də yaşıllıqların qorunmasına dəstək göstərməyi, hər hansı sanitar problem və ya təhlükə gördükdə aidiyyəti orqanlara məlumat verməyi xahiş edir. Beləliklə, aparılan mütəmadi dezinfeksiya və monitorinq tədbirləri Bakı şəhərinin yaşıl fondunun qorunması və gələcək nəsillərə sağlam şəkildə çatdırılması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir.

YTB, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Dezinfeksiya

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az paytaxtda skuterlərdən az istifadənin səbəbləri və bunun həlli yolları ilə bağlı araşdırma aparıb.