Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/10/2025

Paylaşın

GÜNDƏM

Sabah Bakıda və rayonlarda şimşək çaxacaq, leysan yağacaq

Bakıda və rayonlarda şimşək çaxacaq, Şimşək, Yağış, Hava, Hava proqnozu

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25, gündüz 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 32-36, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Нейросеть ChatGPT стала выдавать странные и ложные утверждения, вызывая тревожность у пользователей

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, görüşdə “Beynəlxalq Gənclər Günü”nün dünyanın hər yerində gəncliyin gücünü, yaradıcılığını və

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, görüşdə “Beynəlxalq Gənclər Günü”nün dünyanın hər yerində gəncliyin gücünü, yaradıcılığını və