Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/08/2025

Paylaşın

GÜNDƏM, SİYASƏT

Bu gün Vaşinqtonda mühüm görüş var

Vaşinqtonda mühüm görüş, ABŞ, Nikol Paşinyan, İlham Əliyev, Donald Trump, Ermənistan

Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək.

Baki-baku.az portalı xəbər verir ki, ilk olaraq Trampın Bakı vaxtı ilə 22:30-da N.Paşinyanla, 23:20-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş keçirəcəyi planlaşdırılır.

Gecə yarısı isə üç lider birgə bəyanat verəcək.

Bu tarixi görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanacağı gözlənilir.

Bununla yanaşı, görüş çərçivəsində ABŞ hər iki ölkə ilə ikitərəfli sazişlər də bağlayacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает портал Baki-baku.az, saudade — это не просто тоска и не обычная ностальгия