Ağ Ev bu gün keçiriləcək tarixi görüşlərin cədvəlini açıqlayıb.
Baki-baku.az həmin cədvəli təqdim edir:
● 14:30 (Bakı vaxtı ilə saat 22:30): Prezident Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı qarşılayır.
● 14:35 (Bakı vaxtı ilə saat 22:35): Tramp və Paşinyan arasında Oval Ofisdə ikitərəfli görüş keçirilir.
● 15:05 (Bakı vaxtı ilə saat 23:05): Tramp və Paşinyan arasında sənəd imzalanma mərasimi keçirilir.
● 15:10 (Bakı vaxtı ilə saat 23:10): Tramp Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayır.
● 15:15 (Bakı vaxtı ilə saat 23:15): Tramp və İlham Əliyev arasında Oval Ofisdə ikitərəfli görüş keçirilir.
● 15:45 (Bakı vaxtı ilə saat 23:45): Tramp və İlham Əliyev arasında sənəd imzalanır.
● 16:15 (Bakı vaxtı ilə saat 00:15): Tramp, İlham Əliyev, Paşinyan arasında üçtərəfli imzalanma mərasimi keçirilir.