Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi, 12-dək davam edəcəyi gözlənilir.
Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, həftəsonu gələn həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Küləyinin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur.
Dəniz suyunun temperaturu avqustun 9-10-11-də 27-29° isti olacaq.
Qeyd edək ki, beynəlxalq təcrübədə havanın gündəlik maksimum temperaturunun orta aylıq maksimum temperaturdan 5 dərəcə və daha yüksək olduğu müddət 5 gün və daha çox davam edərsə bu meteoroloji hadisə isti hava dalğası adlanır.