Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/01/2025

Paylaşın

HƏR ŞEYDƏN

Avstraliyada nəhəng həşərat tapılıb

nəhəng həşərat, Avstraliya, Həşərat

Avstraliyada elm adamlarını heyrətə salan yeni nəhəng həşərat növü kəşf edilib. “Acrophylla alta” adlandırılan bu böcək 40 santimetr uzunluğa və 45 qram ağırlığa malikdir.

Baki-baku.az “Zootaxa” jurnalına istinadən xəbər verir ki, nəhəng böcək Şimal Kvinslenddə, Aterton yaylasında aşkar olunub.

Çubuğa bənzəyən görünüşü olan həşərat təxminən bir qolf topunun çəkisindədir. O, bu göstəricilərlə indiyə qədər Avstraliyada qeydə alınmış ən iri həşərat olan nəhəng qazıyıcı tarakanı belə geridə qoyur.

Maraqlıdır ki, bu kəşf sosial şəbəkədə paylaşılan bir fotoşəklin sayəsində baş verib.

Bioloq Ross Kouplend həmin görüntünü görən kimi bunun yeni bir növ ola biləcəyini düşünərək dərhal araşdırmalara başlayıb. Günlərlə davam edən axtarışlardan sonra alimlər nəhayət, iri dişi fərdi tutmağa müvəffəq olublar. Həşərat ağacların hündür budaqlarında yaşadığından, onu tutmaq üçün uzun çubuqdan istifadə edilib.

Aparılan tədqiqat nəticəsində böcəyin yumurtalarının xüsusiyyətləri onun doğrudan da yeni bir növ olduğunu təsdiqləyib.

Ekspertlər bildirirlər ki, bu həşərat daha əvvəl əlçatmaz yaşayış mühiti səbəbindən aşkarlanmayıb. Alimlər hesab edirlər ki, böcəyin iri ölçüləri onun meşələrin sərin və rütubətli şəraitində yaşamasına uyğunlaşmasına imkan yaradır.

Hazırda tədqiqatçılar qarşısında yeni bir vəzifə dayanır – bu növün erkək fərdini tapmaq. Bu isə əlavə çətinliklər yaradır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yerin ən aşağı nöqtəsində yerləşən Ölü dəniz təkcə duzluluğuna və suyun içində həyatın demək olar ki, mümkün olmamasına

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az yazır ki, məşhur “Bicycle” şirkəti ABŞ hökumətinin sifarişi ilə xüsusi oyun kartları hazırlayırdı ki,

HƏR ŞEYDƏN

Baki-baku.az yazır ki, məşhur “Bicycle” şirkəti ABŞ hökumətinin sifarişi ilə xüsusi oyun kartları hazırlayırdı ki,
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin