Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/30/2025

Paylaşın

GÜNDƏM

“İçərişəhər” metrosunun qarşısı niyə qazılır? – EKSKLÜZİV

“İçərişəhər” metrosunun qarşısı, İçərişəhər, İçərişəhər metrostansiyası

Bakının “İçərişəhər” stansiyasından sonra dönmə kamerasının tikintisi layihəsinin icrası ilə bağlı qazıntı işləri aparılır.
Baki-baku.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı metropolitenində növbəti mühüm infrastruktur layihələri həyata keçirilir.
“İçərişəhər” stansiyasından sonra dönmə kamerasının inşası məqsədilə hazırlıq işləri ilə əlaqədar Tikintinin Norma və Qaydalarına uyğun tədbirlər icra edilir. İlkin mərhələdə müəyyən olunmuş ərazilərdə geoloji axtarış-kəşfiyyat işləri aparılır.
Qeyd edək ki, sözügedən dönmə kamerasının tikintisi Cəfərov qardaşları və Lermontov küçələrinin kəsişməsində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının qarşısındakı avtomobillərin dayanacağı kimi istismar olunan meydançadan istifadə edilməklə həyata keçiriləcək.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Avqustun 1-nə gözlənilən hava proqnozu açıqlanıb.