Heç düşünmüsünüz ki, niyə 1 saat 100 deyil, məhz 60 dəqiqədir?
Baki-baku.az xəbər verir ki, cavab min illər əvvələ – Mesopotamiyadakı Şumerlərə gedib çıxır.
Onlar riyaziyyatda 60-lıq say sistemindən istifadə edirdilər, çünki 60 rəqəmi 2, 3, 4, 5, 6 kimi bir çox ədədə tam bölünə bilirdi.
Və bu ənənə zaman ölçüsünə də keçdi:
1 saat = 60 dəqiqə, 1 dəqiqə = 60 saniyə!