Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Apar Ride” MMC barəsində inzibati xəta protokolu tərtib edib.
Bu barədə Baki-baku.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkət “istifadəçi razılaşması”na qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib. Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinə (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.