Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/22/2025

Paylaşın

GÜNDƏM

Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər

Kompüter qarşısında uzun müddət oturaq vəziyyətdə işləmək bir sıra ciddi sümük, əzələ və sinir sistemi problemlərinə yol aça bilər.

Baki-baku.az nəşrinin gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə manual terapevt və osteopat İlya Mixaylenko açıqlama verib.

Onun sözlərinə görə, xüsusilə başın önə əyilmiş vəziyyətdə saatlarla qalması, boyun və bel fəqərələrinə ciddi yük salır. Nəticədə qanın normal dövranı pozulur, onurğa disklərində degenerasiya və sinir sıxılmaları meydana gəlir ki, bu da osteoxondroz kimi xəstəliklərlə nəticələnə bilər.

Bundan əlavə, kompüter siçanı və klaviatura ilə davamlı işləmək, biləkdə yerləşən orta sinirə təzyiq yaradaraq “karpal tunel” sindromuna səbəb ola bilər. Bu vəziyyət barmaqlarda ağrı, keyimə və əllərdə zəifliklə müşayiət olunur.

İlya Mixaylenko oturaq iş rejimi olan şəxslərə aşağıdakı tövsiyələri verib:

-İş masası erqonomik qaydalara uyğun təşkil olunmalıdır;

  • Monitor göz səviyyəsində yerləşdirilməlidir;
  • Biləklər üçün xüsusi altlıqlardan istifadə olunmalıdır;
  • Hər 30-60 dəqiqədən bir fasilə verilməli, qısa müddətli hərəkətlər edilməlidir.

Mütəxəssislər bildirirlər ki, düzgün iş şəraiti və müntəzəm fiziki aktivlik bu risklərin qarşısını almağa ciddi şəkildə kömək edə bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Formula-1 üzrə "Azərbaycan Qran Pri" yarışları ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin