Nəşr edilmişdir 07/14/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanda iki yeni milli park yaradılıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev iki yeni milli parkın – Axar-Baxar və İlisu – yaradılması barədə sərəncam imzalayıb.
Baki-baku.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə qeyd olunub ki, Axar-Baxar Milli Parkı Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, 23901,99 hektar sahədə yaradılacaq.
İlisu Milli Parkı isə sərəncama əsasən, Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, 13966 hektar sahədə yaradılacaq.
Sərəncamda bildirilir ki, milli parkların yaradılmasında məqsəd xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılması, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə yaradılır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bildirir ki, bu quşa “pinqvin” adı ispan dilindəki pingüino sözündən gəlir

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Kukla Teatrının 2025-ci il festival gündəliyi də zəngin olduğunu dedi

GÜNDƏM

Azərbaycan Dövlət Kukla Teatrının 2025-ci il festival gündəliyi də zəngin olduğunu dedi