Bilirsinizmi, Fransanın adı Yeni Zelandiyanın yerli əhalisi – maorilərin dilində necə səslənir? Nə “France”, nə də “Francia”. Maorilərin versiyasında bu ölkə “Wiwi” adlı sirli və oynaq səslənən adla tanınır.
Bu, nə uydurma bir ad, nə də ləqəbdir. Əslində, məsələ daha maraqlıdır.
Baki-baku.az saytının məlumatına görə, “Wiwi” sözü birbaşa fransız dilindəki məşhur “oui, oui” – yəni “bəli, bəli” ifadəsindən yaranıb. Filmlərdə, mahnılarda və gündəlik danışıqda tez-tez eşidilən bu incə və melodik “oui” maorilərə elə Fransanı xatırladıb və nəticədə bu ifadəni bütün bir ölkənin adı kimi mənimsəyiblər.
Beləliklə, qısa və zərif bir səslənmə – fransız nəzakəti və zərifliyini əks etdirən bu “oui” bütöv bir coğrafiyaya çevrilib. Bu, sadəcə dilçilik kuriozu deyil, bircə kəlmə ilə ifadə oluna bilən mədəniyyətlərin təəccüblü bir qovşağıdır.
Hacı Cavadov