Nəşr edilmişdir 07/14/2025

Paylaşın

GÜNDƏM

Bakıda piyadaların təhlükəsizliyi üçün adacıq niyə vacibdir? – ARAŞDIRMA

Son zamanlar Bakıda nəqliyyat vasitələrinin sayı durmadan artır. Bu artım isə təəssüf ki, şəhərdaxili yollarda baş verən qəza statistikasına da birbaşa təsir edir. Gündəlik həyatın tərkib hissəsinə çevrilmiş tıxaclarla yanaşı, daha təhlükəlisi – artan yol qəzalarıdır. Qəzalarda zərərçəkənlərin böyük əksəriyyətini isə piyadalar təşkil edir. Hətta bəzi hallarda yol nişanlarının və keçidlərin olmasına baxmayaraq, piyadalar üçün kifayət qədər təhlükəsiz mühitin yaradılmadığı müşahidə olunur.
Paytaxtın müxtəlif nöqtələrində təhlükəsizliyin təmin olunması üçün bir sıra tədbirlər həyata keçirilsə də, xüsusilə 2 və daha artıq hərəkət zolağı olan yollar piyadalar üçün təhlükəli qalmaqda davam edir . Belə yolları keçmək, xüsusilə də yaşlılar və uşaqlar üçün olduqca çətin və risklidir.
Bu kontekstdə yollarda adacıq adlandırılan infrastruktur elementlərinin quraşdırılması böyük əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı Baki-baku.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert və hüquqşünas Ərşad Hüseynov adacıqların aktuallığına diqqət çəkib:
“Yolun hərəkət hissəsinin ortasında, hərəkət zolaqları ayrılan hissədə qoyulan adacıqlar piyadaların və sürücülərin diqqətini çəkir ki, bu da təhlükəsizliyin təminində rol oynayır. Belə ki, bu adacıqlar yolun hər iki istiqamətində gələn sürücüləri məcbur edir ki, sürət həddini azaltsınlar. Eyni zamanda piyadaların da sürətlə gələn nəqliyyat vasitəsinə təhlükəsiz şəkildə yol verməsi üçün burada dayanmağına imkan yaradır”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, adacıqların quraşdırılması yalnız təhlükəsizlik deyil, həm də yol hərəkəti mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Qeyd edir ki, xüsusilə məktəb və uşaq bağçalarının yaxınlığında, eləcə də piyada axınının çox olduğu ərazilərdə bu adacıqların olması mütləqdir.
Araşdırmalar da göstərir ki, bir çox inkişaf etmiş ölkələrdə adacıqlar yalnız təhlükəsizlik baxımından yox, həm də vizual olaraq sürücünü psixoloji şəkildə sürəti azaltmağa təşviq edir. Bu da dolayısı ilə qəza riskini azaldır.
Bakıda isə bu sahədə vəziyyət birmənalı deyil. Bəzi yollarda bu tip adacıqlar olsa da, onların sayı qənaətbəxş səviyyədə deyil. Ekspertlər bu məsələdə aidiyyəti qurumları daha sistemli və davamlı tədbirlər görməyə çağırır. Çünki piyada təhlükəsizliyi yalnız fərdi məsuliyyətlə deyil, sistemli yanaşma və infrastrukturun mövcudluğu ilə təmin oluna bilər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bildirir ki, bu quşa “pinqvin” adı ispan dilindəki pingüino sözündən gəlir

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Kukla Teatrının 2025-ci il festival gündəliyi də zəngin olduğunu dedi

GÜNDƏM

Azərbaycan Dövlət Kukla Teatrının 2025-ci il festival gündəliyi də zəngin olduğunu dedi