Bu ilin I yarısında “AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC 111 milyondan çox sərnişinə xidmət göstərib.
Baki-baku.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, ən çox sərnişin mayda daşınıb və onların sayı 20 milyon 672 min nəfəri keçib.
6 ay ərzində 9 milyon 822 min sərnişin daşıyan “Koroğlu” stansiyası TOP10 siyahısına liderlik edir.