Nəşr edilmişdir 07/08/2025

Paylaşın

GÜNDƏM

Bakıda magistral su kəməri yenilənir

Bakı şəhərində su təchizatı şəbəkəsinin dayanıqlığını artırmaq məqsədilə mühüm infrastruktur yenidənqurma işləri aparılır.
Bu barədə Baki-baku.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, Palçıqlı dağ adlanan ərazidən keçən, diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunduğundan qəzalı vəziyyətə düşüb. Kəmərin qəzalı hissəsinin yenilənməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun artıq 200 paqon metrlik hissəsi inşa edilib.
Hazırda Sutikinti Müəssisəsi tərəfindən həmin kəmərin H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 60 paqon metrlik, eləcə də Palçıqlı dağ ərazisindən keçən 300 paqon metrlik hissəsinin dəyişdirilməsi davam etdirilir. Müəssisənin sahə rəisi Anar Şahməmmədov bildirib ki, Binəqədi rayonu Palçıqlı dağ adlanan ərazidə istismara yararsız olan 1220 millimetrlik polad borunun yenilənməsinə başlanılıb və işlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur.
Layihə çərçivəsində Bakıda su təchizatı infrastrukturunun yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması işləri aparılır. Aparılan işlər abonentlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” bir hissəli lirik-psixoloji dramın premyerası olacaq

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb