Nəşr edilmişdir 07/08/2025

Paylaşın

GÜNDƏM

Qadın və kişi geyimlərində düymələr niyə fərqli istiqamətdə olur?

Heç qarşı cinsə aid bir köynək geyindiyinizdə düymələrini bağlayarkən çətinlik çəkdiyiniz olubmu? Əslində, tək deyilsiniz, çünki bu hal bir çox insanın diqqətini çəkib. Kişi köynəkləri sağdan, qadın köynəkləri isə soldan düymələnir və bu fərq sadəcə dizayn seçimi deyil. Əslində bu tətbiqin mənşəyi çox qədimlərə, hətta orta əsrlərə qədər gedib çıxır. Bu gün də davam edən bu ənənənin düşündüyünüzdən daha maraqlı bir tarixi var.

Kişi geyimlərində düymələrin sağ tərəfdə yerləşməsinin ən yayılmış izahı, tarixi döyüş vərdişlərinə dayanır. Keçmişdə kişilər sol tərəflərində daşıdıqları qılıncı sağ əlləri ilə çəkə bilmək üçün geyimlərinin sağdan sola doğru bağlanmasına ehtiyac duyurdular.
Çünki geyim soldan sağa doğru bağlanarsa, qılıncı çəkmək hərəkəti zamanı ilişmə riski yaranırdı. Buna görə kişi köynəklərinin və pencəklərinin düymələri sağ tərəfdə yerləşdirildi və bu vərdiş zamanla standart halını aldı.
Qadın geyimlərində düymələrin solda yerləşməsinin isə bir neçə izahı mövcuddur. Ən çox qəbul edilən nəzəriyyəyə görə, düymələrin ilk ortaya çıxdığı 13-cü əsrdə varlı qadınlar özlərini deyil, xidmətçiləri tərəfindən geyindirildiyi üçün bu cür idi.
Əksəriyyəti sağəlli olan xidmətçilər, qarşılarında duran qadını geyindirərkən düymələrin solda olması ilə düymələmə işini daha asan yerinə yetirə bilirdilər. Yəni düymələrin sola yerləşdirilməsi əslində bir lüks göstəricisi və var-dövlətin simvolu idi. Hətta bu istiqamət, qadınların ata yan oturaraq mindiyi dövrlərdə, soyuq havanın paltarın içinə girməsinin qarşısını almaq baxımından da funksional idi.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” bir hissəli lirik-psixoloji dramın premyerası olacaq

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb