Nəşr edilmişdir 06/21/2025

Paylaşın

GÜNDƏM

Ağlamağın 7 növü

Ağlamağın 7 növü, Ağlamaq

Niyə ağlayırıq və bu, haqqımızda nə deyir?

İnsan göz yaşları zəifliyin damlaları deyil, hormonlar, yaddaş, şüuraltı və hətta… qoxunun iç-içə keçdiyi mürəkkəb neyrokimyəvi koddur.
Baki-baku.az xəbər verir ki, emosional göz yaşları prolaktin və AKTG (stres və adaptasiya hormonları) ehtiva edir. Onların kimyəvi tərkibi, məsələn, tüstü və ya küləyin yaratdığı reflektor göz yaşlarından kəskin şəkildə fərqlənir.
Zamanında Aristotel 7 növ ağlama formasını qeyd edib və hər biri insan daxilindəki proseslərin bir güzgüsüdür:
Transformasiyaedici ağlama — daxili katarsisin partlayışı kimidir. İnsan saatlarla, hətta günlərlə hönkür-hönkür ağlayır, sanki həyatını yenidən yaşayır. Bu ağlama varlıqla bağlı dərin oyanışların sərhədində baş verir: doğum, ölüm, itki ağrısı. Sonrasında yeni baxış, yeni mənalar yaranır. Bu, psixoterapiyada tez-tez istifadə olunur.
Sevinc göz yaşları – xoşbəxtliyin biokimyası. Uzun zamandır gözlənilən bir şey baş verdikdə və ya vaxtilə çatışmayan, gözlənilməz qayğı göstərildikdə yaranır. Bu göz yaşı minnətdarlıqla keçmişin ağrısı arasındakı sərhəddir.
Qəzəb göz yaşları – ədalət üçün emosional fəryad. Uşaqda da, böyüyədə də sözlərin kifayət etmədiyi anda göz yaşları silaha çevrilir.
Ağrı və göz yaşı – orqanizmin refleks reaksiyası. Travmalar, miqrenlər, zərbələr – ağrı bədəni yaran göz yaşı ilə tərk edir. Döyüşçülər də rinqdə ağrının sərhədini keçəndə ağlayır.
Manipulyativ ağlama – əvvəlcədən planlaşdırılmış ssenaridir. “Timsah göz yaşları” başqalarında günahkarlıq və ya mərhəmət hissi oyadır. Bu, gizli motivli bir ağlamadır.
Antistress ağlama – gərginliyin boşalması sistemidir. Toplanmış, bəzən heç fərqində olunmayan stress təsadüfi bir cümlə ilə partlayış yarada bilər. Bu cür ağlama psixikanın avtomatik sakitləşməsidir.
Özünə yazığı gəlmə ağlaması – itirilmiş imkanların acısıdır. Final öncəsi zədə, başqasının uğuru fonunda öz uğursuzluqlarının üzə çıxması – bütün bunlar özünə acımaq hissi yaradır.
Alman oftalmoloqlarının məlumatına görə, qadınlar ildə orta hesabla 30–64 dəfə, kişilər isə 6–17 dəfə ağlayır. Orta ağlama müddəti qadınlarda 6, kişilərdə isə 4 dəqiqədir. Qadınların 65%-i, kişilərin isə cəmi 6%-i hönkür-hönkür ağlayır. 10 yaşına qədər isə ağlama tezliyində cins fərqi müşahidə olunmur.

Nəticə etibarilə, ağlamaq – bədənimizin, psixikamızın və hətta təkamülün başa düşdüyü bir dildir. O, sözlərdən daha qədim, məntiqdən daha güclüdür və ən çox da qəlb ilk dəfə danışmağa başlayanda üzə çıxır.

Əbülfəz Babazadə

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində 13 yaşlı Zeynəb Babayevanın müəllifi olduğu "Zeynəbin sehrli dünyası" adlı sərginin açılışı olub.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, məlumata əsasən, monitorinqlər zamanı dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, məlumata əsasən, monitorinqlər zamanı dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya