Bakı Uşaq və Gənclər Teatrı mövsüm bağlanışını 10 iyul saat 19:00-da R. Behbudov adına Dövlət Mahnı Teatrında keçirəcək.
Baki-baku.az xəbər verir ki, böyüklər üçün Fransız yazarı Raffi Şartın “Arvadım olun” bir hissəli komediyası Elşən Zeynallının quruluşundadır.
Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatı Yusif Rüstəmovdur.
Rollarda Jorj Odfey – Mehman Piriyev, Moris Lyappen – Niyaz Qasımov, Katrin- Gülər Ləzgiyeva, Roje- Sənan Fərzəliyev, Maron Odfey – Könül Şahbazova-Qasımova, Madam Truabal – İlhamə Əhmədova, Müsyo Truabal – Rauf Hüseynov canlandıracaq.
