İyunun 18-i saat 13:00-dan 17:00-dək istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.
Baki-baku.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsası olmadığını diqqətə çatdırırıq”, – deyə məlumatda qeyd edilib.