Nəşr edilmişdir 06/17/2025

Paylaşın

GÜNDƏM

Bakı necə “postkolonial dünyanın paytaxtı”na çevrildi

Bakı, Postkolonial dünyanın paytaxtı

Bakı qeydiyyatında olan geosiyasi inqilab

Bəzən dünya siyasətində quru riyaziyyat və soyuq praqmatizm hökm sürsə də, bu mənzərəni yarıb keçən, yeni əxlaqi və hüquqi meyarların doğulduğu bir nöqtə var – Bakı şəhəri. Xəzərin sahilində ucalan bu şəhər XXI əsrin ən güclü antikolonial impulslarından birinin mənbəyi oldu və bu impuls qısa zamanda təşəbbüsdən qlobal platformaya – Bakı Təşəbbüs Qrupuna (BTQ) çevrildi.

2023-cü ilin iyulunda Fransanın dənizaşırı ərazilərindən olan nümayəndələrin və Qoşulmama Hərəkatı iştirakçılarının qatıldığı konfransla əsası qoyulan bu platforma, Bakını bu gün həm də postkolonial müqavimətin paytaxtına – yeni siyasi xəritənin, yeni dünyabaxışın formalaşdığı məkana çevirmişdir.

Hərəkatın memarlığı: təşəbbüsdən qlobal tribunaya

BTQ fenomeninin əsasında sadə, lakin sarsılmaz bir həqiqət dayanır: kolonializm – keçmişin deyil, bu günün gerçəyidir. İlk dəfə Bakıdakı Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun iclasında simvolik konfransla öz sözünü deyən bu təşəbbüs, cəmi iki il ərzində institusional formaya keçdi. 25 beynəlxalq tədbir, o cümlədən 10-u BMT-nin qərargahlarında, onlarla hesabat, iki kitab, alternativ insan hüquqları məruzəsi… və nəticə: BMT-nin İnsan Hüquqları Komitəsi uzun fasilədən sonra ilk dəfə Fransanı çağırışa məruz qoyaraq Yeni Kaledoniyada güc tətbiqi və dekolonizasiya proseslərinə münasibətini izah etməyə məcbur etdi.

Ədalət coğrafiyası: Yeni Kaledoniyadan Komoradək

BTQ siyasi baxımdan parçalanmış, lakin mənəvi baxımdan həmrəy xalqları birləşdirən körpüdür. 2024-cü ildən etibarən fəaliyyət dairəsinə təkcə Fransanın dənizaşırı əraziləri deyil (Fransız Polineziyası, Qvadelupa, Martinika, Reyunion, Mayotta və b.), həm də neokolonializm təzyiqi ilə üzləşən Afrika dövlətləri – Burkina-Faso, Mali, Niger, Əlcəzair və başqaları daxil edildi. Əməkdaşlıq prinsipi sadədir: yalnız yerli xalqların və azadlıq hərəkatlarının rəsmi çağırışları əsasında dəstək verilir. Bu isə BTQ-ni ekspansiya iddialarından uzaq saxlayır, onu əxlaqi və hüquqi təməl üzərində qoruyur.

İnformasiya müharibəsi və diplomatik baryerlər

BTQ-nin uğuru Fransa daxilindəki loayalist qüvvələrin təlaşına səbəb oldu. Milli Assambleyada qrupun “qarışmasının” qadağan olunması ilə bağlı layihə irəli sürüldü, aktivistlərə qarşı sərhədlərdə təzyiqlər, kiberhücumlar və saxta xəbərlərlə qaralama kampaniyaları başladı. Lakin BTQ-nin gücü onun qanunlara söykənən fəaliyyəti və BMT-nin 1514 saylı qətnaməsi də daxil olmaqla beynəlxalq sənədlərə əsaslanmasındadır. Bu hüquqi və əxlaqi dayaq onu zərbələrə qarşı dayanıqlı edir.

Şəffaflıq və beynəlxalq həmrəylik

BTQ-nin hələlik ECOSOC statusu olmasa da, BMT komitələrinin iclaslarında iştirak edir, mənəvi dəstək alır, dünya ictimaiyyətinin müsbət reaksiyasını qazanır. Onun tribuna əldə etdiyi sammitlər və forumlar onu yalnız söz meydanı deyil, həm də yeni beynəlxalq münasibətlər etikasının ideya laboratoriyasına çevirir. Burada çıxış edən hər bir nümayəndə – uzun illər susdurulmuş yerli xalqın haqq səsidir.

Bakı – dünyanın mənəvi platforması

“Bakı – postkolonial dünyanın paytaxtıdır” ifadəsi – pafos yox, strategiyadır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında neokolonializmin yeni əsarət forması olduğunu vurğulayır və bu çağırış indi dünyanın müstəqillik uğrunda mübarizə aparan xalqları tərəfindən alqışla qarşılanır. Onun COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti səsləndirdiyi çıxış – dünyada hələ də mövcud olan koloniyaların bir-bir sadalanması – bu mübarizənin qlobal qəbulunun zirvəsi oldu.

Gələcək: dünyanın yeni xəritəsi

Dünya çoxqütblü və transformasiya dövrünü yaşayır. BTQ-nin fəaliyyəti, yalnız siyasi yox, həm də beynəlxalq tribunalardan tutmuş, qlobal həmrəylik platformalarına qədər hüquqi və humanitar presedent ola bilər. Bu mənzərədə Bakı artıq coğrafi nöqtə yox, yeni düşüncə məkanıdır. Buradakı ədalət isədaha çox praktiki proqramdır.

Postkolonial dünyanın doğuluşu nəhəng paytaxtların kabinetlərində deyil, Bakı Təşəbbüs Qrupunun iclaslarında – azadlıq səsini yüksəldənlərin sözündə baş verir. Bu səslər davam etdikcə, Bakı yalnız tədbirlərin məkanı yox, həm də tarixdə dönüş nöqtəsi – beynəlxalq münasibətlərin yeni fəslinin yazıldığı yer olacaqdır.

Əbülfəz Babazadə

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Ən son

ETNOQRAFIYA

“İslam sənəti” VII əsrdən sonra yaranan bir termindir və İslam dininin yayıldığı ərazilərdə formalaşmış sənətə

ETNOQRAFIYA

“İslam sənəti” VII əsrdən sonra yaranan bir termindir və İslam dininin yayıldığı ərazilərdə formalaşmış sənətə