Nəşr edilmişdir 06/07/2025

Paylaşın

GÜNDƏM

Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir

qurban paylarının çatdırılması, Bizim Mətbəx, Leyla Əliyeva, Qurban Bayramı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılması davam edir.

Baki-baku.az-ın məlumatına görə, “Bizim Mətbəx” sosial layihəsi çərçivəsində həyata keçirilən bu xeyriyyə aksiyasının növbəti ünvanı Bakı şəhərinin Qaradağ rayonu olub. Burada yaşayan 200 aztəminatlı ailəyə bayram münasibətilə qurban payları təqdim edilib.

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim Mətbəx” sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən “Bizim Mətbəx” könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüzminlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.

Qeyd edək ki, “Bizim Mətbəx” layihəsinin veb-saytı (https://bizimmetbex.az/) istifadəyə verilib və insanlar üçün ianə etmə və könüllü kimi qoşulma imkanları yaradılıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Ən son

GÜNDƏM

Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə iyunun 5-7-də Polşada keçirilən çövkən üzrə Avropa çempionatının final qarşılaşması

GÜNDƏM

Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə iyunun 5-7-də Polşada keçirilən çövkən üzrə Avropa çempionatının final qarşılaşması