Nəşr edilmişdir 05/29/2025

Paylaşın

GÜNDƏM

Yasamalda avtotəmir sexinin fəaliyyəti dayandırıldı

Yasamalda avtotəmir, Yasamal rayonu, avtotəmir sexi

Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyli küçəsi, 170 ünvanında yerləşən avtomobil təmiri sexində yoxlama keçirilib.
Baki-baku.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:

  • obyektdə yanğın təhlükəsizliyinin təmin olunması üçün təlimat hazırlanmayıb;
  • təmir sexi avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmayıb;
  • elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;
  • təmir sexində oksigen balonlarının istifadəsinə və saxlanılmasına yol verilib;
  • obyektin ərazisi yanar tullantılardan, təmir sexləri isə yağlı sürtgü materiallardan təmizlənməyib;
  • təmir sexi ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;
  • obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib;
  • obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyli küçəsi, 170 ünvanında yerləşən avtomobil təmiri sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın ev-muzeyinin təntənəli açılış mərasimi keçirilib.

Ən son