Nəşr edilmişdir 05/27/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb

Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb, Prezident İlham Əliyev Laçın şəhərində, Laçın

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.

Baki-baku.az xəbər verir ki, dövlətimizin başçısını salamlayan sakinlər dedilər: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Prezident, üçüncü dəfədir Sizinlə görüşürük.

Prezident İlham Əliyev: Salam, necəsiniz?

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədirmi?

Sakin: Bəli, birinci gələnlərdənik.

Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək?

Prezident İlham Əliyev: Olar, çəkdirək.

Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.

Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?

Sakin: Beş.

Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.

Sakin: Bəli, bəli.

Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız?

Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu.

Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq.

Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən.

Sakin: Biz də Əməkdar müəllimlərik. Sizinlə şəkil çəkdirmək istəyirik, şagirdlərimizlə, zəhmət olmasa.

Prezident İlham Əliyev: Gəlin, belə duraq. Burada harada dursan yenə də cənnət görünür. Balacanı da mən götürüm qucağıma. Balaca, gəl buraya.

Sakinlər: Çox sağ olun. Allah Sizə ömür versin, cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı. Məktəbdə işlər yaxşıdır?

Sakin: Bəli, əladır, çox gözəldir.

Prezident İlham Əliyev: Həyətyanı sahə var?

Sakin: Bəli, var. Çox sağ olun, təşəkkür edirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Sabah bayram günüdür. Bayram münasibətilə sizi təbrik edirəm.

Sakinlər: Çox sağ olun, var olun, cənab Prezident. Allah Sizə ömür versin.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2025-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 12,8 milyard manat təşkil edib.

Ən son

GÜNDƏM

Bəzi binalar var ki, onlar təkcə memarlıq deyil, milli yaddaşın daşlaşmış obrazına çevrilir.

GÜNDƏM

Bəzi binalar var ki, onlar təkcə memarlıq deyil, milli yaddaşın daşlaşmış obrazına çevrilir.