Nəşr edilmişdir 05/27/2025

Paylaşın

GÜNDƏM

Sübutun bədəli

Həqiqət naminə həyatını qurban verən vəkil


Bəzən həqiqət qurban tələb edir — bəzən isə bu, sözün əsl mənasında baş verir. 1871-ci ilin iyun ayında ABŞ-ın sabiq konqresmeni, vətəndaş müharibəsinin qatı əleyhdarı olan vəkil Klement Vallandighem tarixdə ən paradoksal məhkəmə işlərindən birinin mərkəzinə çevrildi.
O, bar mübahisəsindən sonra adam öldürməkdə ittiham olunan bir şəxsi müdafiə edirdi. Vəkilin məqsədi isə mərhumun təsadüfən, silahı cibindən çıxararkən özünü güllələdiyini sübut etmək idi. Vallandighem bu versiyanı məhkəmədə göstərmək üçün istintaq təcrübəsini öz üzərində aparmağa qərar verdi.
O, tapançanı cibinə qoydu və mərhumun hərəkətlərini təqlid etməyə çalışdı. Görünür, silahın boş olduğuna əmin idi. Ancaq bu, taleyüklü səhv oldu: silah dolu idi və atəş açıldı. Vəkil özünü ölümcül şəkildə yaraladı və bir neçə saat sonra dünyasını dəyişdi.
Bu hadisənin paradoksu ondadır ki, Vallandighemin ölümü müttəhim üçün bəraətə çevrildi. Müştəri günahsız sayılaraq azadlığa buraxıldı. Vallandighem isə tarixə yalnız müştərisi üçün deyil, həqiqət naminə həyatını qurban verən hüquqşünas kimi düşdü.
Bu hadisə bu gün də hüquq məktəblərində öyrənilir – mükəmməl hüquqi təfəkkürün və eyni zamanda faciəli nəticənin nümunəsi kimi.

Əbülfəz Babazadə

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində iyunun 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

GÜNDƏM

Azərbaycan ərazisində iyunun 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.