Nəşr edilmişdir 05/19/2025

Paylaşın

GÜNDƏM

Pişik aerodinamikası fenomeni

Yüksək moda dünyasında yıxılmaq — stilistin səhvidir. Pişiklər dünyasında isə bu, demək olar ki, bir sənətdir. Necə ki, hər stil ikonunun öz sirri var, pişiklərin də öz aerodinamik “nou-hau”su mövcuddur.
Fakt: 12-ci mərtəbədən yıxılan pişiyin sağ qalmaq şansı 7-ci mərtəbədən yıxılandan daha yüksəkdir. Paradoksal səslənir? Yalnız ilk baxışda. Sirr terminal sürətdə və pişiyin bənzərsiz bədən elastikliyindədir.
İlk beş mərtəbədən sonra pişik artıq maksimum düşmə sürətinə – təxminən saatda 100 km-ə çatır. Amma bundan sonra sehr başlayır: instinktlər tüklü akrobatı canlı paraşütə çevirir. O, havada bədənini geniş açır, belini əyir, pəncələrini yana uzadır və… yavaşlayır. O, yıxılmır, havada süzür.
Mərtəbə nə qədər yüksəkdirsə, pişiyin pozasını sabitləşdirməyə bir o qədər çox vaxtı olur. 7-ci mərtəbədən yıxılmaq isə uğursuz podiumda yıxılmağa bənzəyir: sürət toplamağa vaxt tapır, amma əyləcləməyə yox.
Məhz buna görə sağ qalmaq üzrə pişik supermodelləri daha hündür mərtəbələri üstün tuturlar. Bu, mistika deyil, fizika və bir az da yoqadır.


Əbülfəz Babazadə

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi

Ən son

MEMARLIQ

Bu kafe bir dövrün romantik simvollarından, bakılıların yaddaşında silinməz iz qoyan yerlərindən biri idi.

MEMARLIQ

Bu kafe bir dövrün romantik simvollarından, bakılıların yaddaşında silinməz iz qoyan yerlərindən biri idi.