Vitraj sözü latın dilindəki “vitro” sözündən gəlir və mənası şüşə deməkdir. Vitrajda şüşənin maksimal qalınlığı 4 mm-dən çox olmur. Eskiz öncədən rəssamlar tərəfindən hazırlanır. Rəngli şüşələr bir-birinə mis və texniki “piy” ilə birləşir. Məsələ burasındadır ki, mis öz-özlüyündə qısa zamanda oksigenlə təmasa girir və üzəri qatla örtülür, bu da şüşənin yapışmağını mümkünsüz edir. Burda texniki piy işə düşür. O, misin hava ilə təmasını bloklayır və beləcə şüşələr biri birinə rahatlılıqla yapışır. Nəticədə vitraj kompozisiyası yaranır.