Nəşr edilmişdir 05/04/2025

Paylaşın

GÜNDƏM

Bakıda leysan, rayonlara sulu qar yağacaq

Leysan, Yağış, Hava

Azərbaycanda mayın 5-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, 04-dən 05-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, səfərin ikinci günündə onlar qədim tarixə, zəngin mədəniyyətə və unikal coğrafi

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, səfərin ikinci günündə onlar qədim tarixə, zəngin mədəniyyətə və unikal coğrafi