Nəşr edilmişdir 04/30/2025

Paylaşın

GÜNDƏM

Pullumb Aqalliyayın Bakıda balet taleyi

IMG-20250425-WA0223

Elə insanlar var ki, baletə məbədə daxil olduqları kimi daxil olurlar – yalın ayaqla, ehtiramla, alqışlarla deyil, məşq alətinin yanında keçirdikləri yuxusuz gecələrlə ölçülən bir sevgi ilə daxil olurlar. Elə şəhərlər də var ki, diri bir varlıq kimi yalnız tarix səsini ayaqları altında eşidə bilənlərə və səhər havasında zamanın musiqisini duymağı bacaranlara qucaq açır. Bakı da məhz belə şəhərlərdən biridir. Bu şəhər tərəfindən seçilənlərdən biri isə – səhnənin və yaddaşın insanı, əfsanəvi albaniyalı rəqqas, pedaqoq, baletmeyster Pullumb Aqalliyaydır.
Biz qəhrəmanımızla Bakıda görüşdük ki, onun özü və qalaları keçmişi haqqında pıçıldayan, güzgülü zalları ustalarının nəfəsini xatırladığı və balet hələ də əvvəlki kimi insan bədəninin duası kimi səsləndiyi Bakı həyatı haqqında danışdıq.

– Pullumb Mustafayeviç, ötən əsrin 50-ci illərində Sizin Bakıya gəlişiniz demək olar ki, bir əfsanədir. İlk dəfə Azərbaycan torpağına ayaq basanda nə hiss etdiyinizi xatırlayırsınızmı?


– Bilirsiniz, elə şəhərlər var ki, sən onları seçirsən, elələri də var ki, onlar səni seçir. Mənim üçün Bakı sadəcə bir xəritə nöqtəsi, Sovetlər ölkəsinin cənub paytaxtlarından biri olmadı. Bu, bir çağırış idi. Sanki kimsə səhnədən ürəyimə pıçıldayırdı: “Sən burada gərəklisən.” O vaxtlar Balkanlardan çıxmış gənc bir oğlan kimi mən naməlum bir istiqamətdə gedirdim. Odlar yurdunun paytaxtını səhərin erkən saatlarında gördüm: dəniz, duz və neft dadı verən hava və inanılmaz bir hiss – sanki evimə qayıtmışdım, halbuki heç vaxt burada olmamışdım.
Məni bu şəhərin ritmi qarşıladı – şərqə məxsus, amma Avropa çalarları da olan, səxavətli, bir qədər ciddi və sonsuz dərəcədə yaradıcı bir ritm. O zaman bilmirdim ki, İçərişəhərin küçələrində atdığım hər addım, Bakı Xoreoqrafiya Məktəbinin pilləkənlərindən qalxdığım hər an mənim həqiqi yolumun başlanğıcı olacaq.

– 60-cı illərdə Bakı Xoreoqrafiya Məktəbi xüsusi bir yaradıcılıq enerjisinə malik bir yer idi. Müəlliminiz Qəmər xanım Almaszadə ilə görüşünüzdən danışın. O necə insan idi?


– Qəmər xanım… bu qədər onilliklər keçsə də, mən onun haqqında hələ də həyəcanla danışıram. Onun içində hər şey var idi: xarizma və intizam, zəriflik və polad iradə. O, sadəcə dərs demirdi, həm də bizi sənət adamı kimi tərbiyə edirdi. Onun hərəkəti dirijor çubuğu qədər dəqiq idi. Məşq zamanı təkcə ifa texnikasını yox, ümumiyyətlə dünyagörüşümüzü, hər hansı bir obraz haqqındakı təsəvvürümüzü dəyişə bilirdi. Mən onun yanına bir qonaq kimi gəlmişdim, amma o məni Azərbaycan baletinin bir parçasına çevirdi. O, bizdə özümüzdə görə bilmədiyimiz potensialı görməyi bacarırdı. Qəmər xanım bizi səhnə ilə nəfəs almağa öyrətdi, klassik əsərlərdə xalqın ruhuna hörmət etməyə və rəqs vasitəsilə ləyaqəti daşımağa alışdırdı. Mən hələ də onun səsini eşidirəm –“ port-de-bras” qurarkən, tələbələri səhnə yolunda irəli apararkən.

– Sizin üçün Bakıda yaradıcılıq oyanışı, dönüş nöqtəsi olan tamaşalar hansılar oldu? Hansı xatirələr xüsusilə yaddaşınızda qalıb?


– Bakı mənim üçün balet məbədi oldu. Məhz burada mən ilk dəfə Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletini gördüm və sanki onu yaşadım. Qara Qarayevin “Yeddi gözəl”i isə ümumiyyətlə, qeyri-adi, transsendental bir təcrübə idi. Bu tamaşalar – musiqisi zamanın nəfəsi, hərəkətləri poeziya kimi olan əsərlər mənim içimə hopdu və orada əbədi qaldı.
Amma ən yaddaqalan an – mənim debütüm idi. Kiçik bir rol idi, amma necə həyəcanlı! Dizlərim titrəyirdi, amma pərdə qalxanda başa düşdüm ki, səhnəsiz yaşaya bilmərəm artıq. Daha sonra – “Qu gölü”, “Jizel”, “Yatmış gözəl”… və yanımda – müəllimlərim, həmkarlarım, Azərbaycan tamaşaçıları. Mən burada böyüyürdüm, çünki məni burada sevirdilər və daim daha artığını tələb edirdilər.

– Bir vaxt tarixi və ictimai-siyasi proseslər nəticəsində Siz Albaniyaya qayıtmalı oldunuz, pedaqoq kimi fəaliyyət göstərdiniz, balet tamaşaları yaratdınız. Amma görünür, Bakı hər zaman ürəyinizdə qaldı. Niyə?


– Çünki Bakı mənim üçün coğrafi bir məkan deyil. Bu, bir ruh halıdır. Bu, mənim üçün peşənin, insanların və özümün açıldığı şəhərdir. Tiranada yaşayıb işlədiyim, Avropanın müxtəlif yerlərində tamaşalar hazırladığım vaxtlarda belə, mən düşüncəmdə daim Bakı Xoreoqrafiya Məktəbinə – məktəbin həyətinə, güzgülü zallara qayıdırdım. İndi isə bu, akademiyadır – Bakı Xoreoqrafiya Akademiyası.
Mən həmişə demişəm və bu gün də tələbələrimə deyirəm: “Balet yalnız texnika deyil – bu, daha çox bədənin yaddaşıdır. Mənim bədənim isə Bakı ilə doludur.” Mən burada əldə etdiyim bir şeyi onlara ötürürəm: köklərə, səhnəyə və tamaşaçıya olan hörməti. Buna görə də mənim borcum – burada olmaq, burada işləmək və Bakı səhnəsinin mənə qaytardığı hər şeyi paylaşmaqdır.

– Bu gün siz yenidən tələbələr arasındasınız, yeni nəslə ilham verirsiniz. İlk dəfə səhnəyə çıxan gənc artistlərə nə tövsiyə edirsiniz? Bütün bu illərdən sonra bu şəhərdə yolunuzu davam etdirmək sizin üçün nə ifadə edir?


– Qeyd etməliyəm ki, mənim məzunlarım arasında xoreoqrafiya sənətində tanınmış simalar var – Kamilə Hüseynova, Gülağası Mirzəyev, Samir Səmədov, Zaur Fətullayev, Makar Ferştandt, Anar Mikayılov, Nailə Məmmədzadə, İqor Kuznetsov, Edvard Arazov, Şəhriyar Cəfərov, Timur Oduşev və başqaları. Bu gün isə böyüməkdə olan nəslə deyirəm: “Uşaqlar, yadda saxlayın – balet karyera deyil, sədaqətdir”. Sən işinə, sanki bir anda bağlı olduğun kimi sədaqətli olmalısan. Səhnəni hiss etməlisən – təkcə özün üçün deyil, musiqi, xoreoqrafiya, tamaşaçı və vətən üçün döyünən bir ürək kimi. Bakıda bu hiss xüsusilə güclüdür. Burada sən rəqs edərək xidmət edirsən – uca sənətə xidmət edirsən.
Mənim üçün buraya qayıdış, sanki bir halqanın bağlanması, tamamlanması kimidir. Mən Bakıda başladım və illər keçməsinə baxmayaraq, yoluma burada davam edirəm. Tələbələrin gözlərində bir işıq görürəm – bəlkə də hamısında yox, amma bəzilərində özümü tanıyıram – Albaniyadan gəlmiş, qalaların danışdığı, musiqinin nəfəs aldığı və baletin tale olduğu bir şəhərə gəlmiş o oğlanı tanıyıram.
Əbülfəz Babazadə

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Ən son

GÜNDƏM

Keçmişdən gələn, bərpa və yenidənqurmadan sonra bu gün də şəhərin gözəlliyinə rəng qatan memarlıq abidələrindən

GÜNDƏM

Keçmişdən gələn, bərpa və yenidənqurmadan sonra bu gün də şəhərin gözəlliyinə rəng qatan memarlıq abidələrindən