Nəşr edilmişdir 04/20/2025

Paylaşın

GÜNDƏM

Gənc Tamaşaçılar Teatrında “Düyməcik” tamaşasının premyerası keçirilib

IMG-20250420-WA0211

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Düyməcik” tamaşasının premyerası keçirildi.

Baki-baku.az xəbər verir ki, Aprelin 19-da və 20-də danimarkalı yazıçı Hans Xristian Andersonun 220 illiyinə həsr olunan “Düyməcik” tamaşasının premyerası baş tutub.

Yazıçının eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

“Düyməcik”də rolları Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı, Geübəniz Lətifova ifa edirlər.

Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən nağılı insanlara həyatda baş verən istənilən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Düyməcik" tamaşasının premyerası keçirildi.

GÜNDƏM

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Düyməcik" tamaşasının premyerası keçirildi.