Nəşr edilmişdir 04/14/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentini təbrik edib

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyası, Faiq Həsənov, Şahmat

Prezident İlham Əliyev Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovu 85 illik yubileyi münasibətilə təbrik edib.
Baki-baku.az-ın məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli Faiq müəllim!
Sizi 85 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Siz Azərbaycanda şahmatın inkişaf etdirilməsi, geniş təbliği və yeni nəsil şahmatçıların yetişməsi işinə mühüm töhfələr vermisiniz. Ölkəmizdə çoxsaylı şahmat yarışlarının uğurlu təşkilində böyük xidmətləriniz vardır.
Dünya şahmat ictimaiyyəti uzun illərdən bəri Sizi 150-dən artıq mötəbər beynəlxalq turnirdə, o cümlədən FİDE Qran-priləri, Ümumdünya Şahmat Olimpiadası və Dünya Kubokunda ədaləti qorumuş nüfuzlu baş hakim kimi tanıyır, təqdir edir və səmərəli fəaliyyətinizə ehtiramla yanaşır.
Azərbaycan şahmat məktəbinin inkişafına töhfələriniz dövlət tərəfindən yüksək qiymətləndirilmiş və Siz dəfələrlə təltiflərə layiq görülmüşsünüz.
Sizə bu əlamətdar gündə ən xoş arzularımı yetirir, uzun ömür və möhkəm cansağlığı arzulayıram”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

MEMARLIQ

Bakı şəhərinin mərkəzində, Nizami küçəsinin daim hərəkətli və cəlbedici həyatı fonunda, diqqətdən kənarda qalan bir

MEMARLIQ

Bakı şəhərinin mərkəzində, Nizami küçəsinin daim hərəkətli və cəlbedici həyatı fonunda, diqqətdən kənarda qalan bir