Nəşr edilmişdir 04/12/2025

Paylaşın

GÜNDƏM

Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib

Antalya Diplomatiya Forumunun, Mehriban Əliyeva

Aprelin 12-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Parçalanan dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü” adlı panel iclas təşkil olunub.

Baki-baku.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdən əvvəl Afrika Mədəniyyət Evinin stendi ilə tanışlıq olub. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.

Türkiyə Maarif Vəqfinin dəstəyi ilə keçirilən tədbir bu qurumun fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

İclasda qurumun dünyada həyata keçirdiyi işlərdən bəhs edildi. Bildirildi ki, dünyanın 55 ölkəsində fəaliyyət göstərən Vəqfin məktəblərində 70 minə yaxın şagird təhsil alır.

Panel iclasda hazırkı dövrdə təhsilin inkişafının vacibliyindən geniş danışıldı.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək müharibələrin çoxaldığı bir dövrdə təhsilin nə qədər əhəmiyyətli olduğuna diqqət çəkdi. Bildirdi ki, təhsil bu gün sosial iştirak və davamlı inkişaf üçün hər zaman olduğundan daha çox vacibdir.

Sonra Türkiyə Maarif Vəqfinin Kot-d’İvuar Respublikasındakı məktəbinin şagirdləri müxtəlif dillərdə mahnılar oxudular.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qaradağ rayonu ərazisində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ağacəkmə aksiyası” keçirilib.

Ən son

GÜNDƏM

“Pakistan International Airlines” (PIA) aprelin 20-dən Lahordan Bakıya birbaşa reysləri bərpa edəcək.

GÜNDƏM

“Pakistan International Airlines” (PIA) aprelin 20-dən Lahordan Bakıya birbaşa reysləri bərpa edəcək.