OneRepublic

GRAMMY® mükafatına namizəd olan OneRepublic qrupu vokalist və bəstəkar Ryan Tedder, gitaristlər Zach Filkins və Drew Brown, klaviatura ifaçısı Brian Willett, basçı və violonçel ifaçısı Brent Kutzle, həmçinin nağara ifaçısı Eddie Fisherdən ibarətdir. Qrup 2007-ci ildə ilk albomu olan Dreaming Out Loud-u təqdim etdi. Bu alboma GRAMMY mükafatına namizəd olan və dünya üzrə rəqəmsal satış rekordlarını qıran Apologize sinqlı daxil idi. 2009-cu ildə işıq üzü görən Waking Up albomu All the Right Moves, Secrets və Good Life kimi hit mahnılarla yadda qaldı. 2013-cü ildə çıxan Native albomu platin sertifikatı qazandı və Counting Stars kimi №1 hit mahnını üzə çıxartdı. 2016-cı ildə isə qrup Oh My My adlı dördüncü studiya albomunu, 2024-cü ildə OneRepublic Meduza elektron qrupu və alman sənətçi Leony ilə birlikdə UEFA EURO 2024-ün rəsmi himni olan Fire-ı dinləyicilərinə təqdim etdi. Qrupun sonuncu albomu Artificial Paradise isə 12 iyul 2024-cü ildə yayımlandı və onun tərkibinə ən yeni sinql Hurt daxil edildi.
Baku Crystal Hall

OneRepublic

Məkan

Təsvir