Anarın əsəri əsasında hazırlanan tamaşa, baş qəhrəmanlar arasında əlaqə yaradan telefonun ətrafında baş verən bir sevgi hekayəsini nəql edir. Rustəm və Mədyəna arasındakı sevgi münasibətləri telefonla birləşir. Amma hər şey daha da qarışır, çünki daha bir aşiq – Seymur ortaya çıxır. Maraqlı sevgi üçbucağının xüsusiyyəti odur ki, iştirakçılardan ikisi eyni adamdır. Bəs Mədyəna hansını seçəcək?
Tamaşanın müddəti 65 dəqiqədir.