“Nine Senses” incəsənət mərkəzi sağlam həyat tərzinin təbliğinə və bu sahədə maarifləndirməyə həsr olunmuş festival keçirəcək.
Baki-baku.az xəbər verir ki, mayın 2-4-də Bakıda keçiriləcək “Nine Senses Fest” “Ruh, bədən və ağıl” konsepsiyası çərçivəsində meditasiya, sufizm, yoqa, art-terapiya, elmi mühazirələr, tanınmış sənətçilərin iştirakı ilə konsertlər, sufi təcrübələri günü və digər tədbirlər kimi müxtəlif mədəniyyətlərdən olan təcrübələri birləşdirəcək. Festivalın şüarı “Ənənələrdən reallığa” olacaq.