Nəşr edilmişdir 04/04/2025

Paylaşın

GÜNDƏM

Sabah Bakıda 20 dərəcə isti olacaq

IMG-20250404-WA0087

Bakıda və Abşeron yarımadasında aprelin 5-i hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Artıq ikinci gündür ki, Bakı və Abşeron yarımadasında güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi

Ən son

GÜNDƏM

Baki-baku.az Bakı Aeroportuna istinadən xəbər verir ki, buna səbəb – sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə

GÜNDƏM

Baki-baku.az Bakı Aeroportuna istinadən xəbər verir ki, buna səbəb – sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə