Nəşr edilmişdir 04/04/2025

Paylaşın

GÜNDƏM

İsa Məsihin çarmıxa çəkilməsinin İncildəki versiyası təsdiqini tapıb

İsa Məsihin, İsa Məsih, İncil

İtaliyanın Sapientsa Universitetinin arxeoloq qrupu İsa Məsihin dəfn yerinin tədqiqində irəliləyiş əldə edib. Alimlər peyğəmbərin Qüdsdəki Müqəddəs Qəbir məbədinin ərazisində dəfn olunduğuna dair inandırıcı sübutlar aşkar ediblər.

Baki-baku.az bu barədə “New York Post“a istinadən xəbər verir.

Məlumata görə, qazıntılar zamanı tədqiqatçılar məbədin bilavasitə yaxınlığında yerləşən qədim bitkilərin və kənd təsərrüfatı sahələrinin qalıqlarına rast gəliblər. Bu tapıntı İncildə İohannın Məsihin dəfn yerinin təsviri ilə heyrətamiz şəkildə uyğun gəlir. Mətnə görə, İsanın çarmıxa çəkildiyi Qolqofanın yaxınlığında yeni qəbri olan bağ olub və onun cəsədi orada dəfn edilib. Bitki qalıqlarından əlavə, arxeoloqlar ehtimal ki, İsa Məsihin dəfni üçün yer təmin edən şəxsə məxsus olan mərmər qəbir də aşkar ediblər.
Qeyd edək ki, hazırda alimlər tapılmış materialların dəqiq yaşını və mənşəyini müəyyən etmək üçün ətraflı təhlil aparırlar.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dövlətimizin başçısı Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi.

Ən son

GÜNDƏM

Mayın 3-də Azərbaycan Dövlət Kukla Teatrında “Leylək və Müqəvva” tamaşasının premyerası olacaq.

GÜNDƏM

Mayın 3-də Azərbaycan Dövlət Kukla Teatrında “Leylək və Müqəvva” tamaşasının premyerası olacaq.