Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/03/2025

Paylaşın

GÜNDƏM

Bakı növbəti dəfə “TransLogistica Caspian” sərgisinə ev sahibliyi edəcək

IMG-20250403-WA0057

İyunun 2-4-də Bakıda 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (“TransLogistica Caspian”) keçiriləcək.
Baki-baku.az bu barədə sərgilərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərinə istinadən xəbər verir.
“TransLogistica Caspian” nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və təqdimatı üçün önəmli bir platforma təqdim edir. Bu tədbir, logistika və nəqliyyat sahəsinin ən mühüm sərgilərindən biri kimi tanınır və Avrasiya regionunu peşəkarlarını bir araya gətirir.
Qlobal logistik marşrutların transformasiyası və artan rəqabət şəraitində, “TransLogistica Caspian” sərgisində iştirak, sektorda lider olmaq istəyən şirkətlər üçün vacib bir addım sayılır. Bu sərgi, beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya üçün yeni imkanlar açır, əməkdaşlıq üçün platforma təqdim edir və “Orta Dəhliz”, TRACECA və “Bir Kəmər, bir yol” təşəbbüsləri çərçivəsində biznesin inkişafına unikal şərait yaradır.
“TransLogistica Caspian” sərgisinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və “Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası” İctimai Birliyi dəstək göstərir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Mirzə Davud Hüseynov – XX əsr Azərbaycan tarixində silinməz iz buraxmış nadir şəxsiyyətlərdəndir.

Ən son

HƏR ŞEYDƏN

Yustinian artıq 4 il yarım idi hakimiyyətdə idi və bütün gücünü öz şəxsi yerini qorumğa

HƏR ŞEYDƏN

Yustinian artıq 4 il yarım idi hakimiyyətdə idi və bütün gücünü öz şəxsi yerini qorumğa