Nəşr edilmişdir 03/28/2025

Paylaşın

MEMARLIQ

Odlar yurdunun daim yanan alovu – “Atəşgah” məbədi

"Atəşgah"

Azərbaycan tarixinə, etimologiyasına, dini mənsəbinə görə bir-birindən fərqli məbədlərin məskənidir. Bu, odlar yurdunu daim maraqlı və əsrarəngiz edir. Ölkəmizdə bu cür məbədlərdən biri “Atəşgah”dır.
Baki-baku.az “Atəşgah” haqqında məlumatı təqdim edir:
“Atəşgah” Bakıdan 30 km aralıda, Suraxanı kəndi yaxınlığında yerləşir. XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı “Alov evi” və ya “Alov yeri” anlamı verir. Bura müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilən alov məbədidir.


Beşbucaq forması təşkil edən abidə 24 hücrədən, bir otaqdan ibarətdir. Bu otaqlar “balaxana” adlanır. Məbədin əsas binası həyətinin ortasında yerləşən səcdəgahdır. Məbədin içərisində və damında od püskürməsi üçün çıxıntılar quraşdırılıb. Hücrələrin damında isə tüstünün çıxması üçün deşiklər açılıb. Səcdəgahın yanında qazılmış çalada tədqiqatçıların fikrincə, müqəddəs yerdə ölmüş atəşpərəstlərin meyidlərini yandırırdılar. Tikintinin inşa xüsusiyyətləri göstərir ki, bütün bu kompleks, hindlilərin layihəsi əsasında yerli ustalar tərəfindən tikilib.
Komplekin inşa tarixi 1713-cü ilə aid edilir. Məbəd özü isə daha qədim dövrlərdən mövcud olub və ilkin quruluşunu saxlayaraq dövrümüzə çatıb. Alov altarı Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim altar inşası ənənələrini əks etdirir. Alov altarı planının ənənəvi görünüşdə dörd küncdən sütunla dəstəklənən, günbəzlə örtülmüş və dörd tərəfi açıq forması da burdan qaynaqlanır.
IX əsrdən başlayaraq ərəb, fars və türk mənbələri atəşpərəstlər yaşayan Bakı haqqında qeyd edirdilər ki, “burada daim odlar yanır”.

"Atəşgah"


1683-cü ildə alman səyyahı Kempfer Suraxanıda bir tikintinin qalıqları haqqında danışarkən qeyd edirdi ki, “qədim fars qəbiləsinin nəslindən olan iki gəlmə hindistanlı tikdikləri divarın ətrafında oturaraq və yerdən çıxan, püskürən oda baxaraq, ibadət edir, daima Allaha dua edirdilər”. 1733-cü ildə ilk dəfə burada olan İ.Y.Lerx yazır ki, “20 il ərzində orada, kiçik binanın əvəzinə altıotaqlı bina tikilib ki, bu otaqlaqlarda 12 oda sitayiş edənlər var idi”. Bu məlumata əsasən burada ilk binanın 1713-cü ilə aid olduğunu demək olar.
XIX əsrin əvvəllərində burada artıq 70-ə qədər atəşpərəst yaşayırdı. XIX əsrin ortalarında isə 30-a qədər adam yaşayıb.
Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Hər il muzeyi orta hesabla 145.000 nəfər ziyarət edir.
Qeyd edək ki, “Atəşgah” məbədi 30 sentyabr 1998-ci ildən mədəni irs nümunəsi kimi “gücləndirilmiş mühafizə” statusu verilib və UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.

"Atəşgah"

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Prezident İlham Əliyev Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.

Ən son

ETNOQRAFIYA

Orfoqrafiya (yun. ὀρθογραφία, ὀρθός – “düzgün” və γράφω – “yazıram”) yazıda nitqin qrammatik formalarının və

ETNOQRAFIYA

Orfoqrafiya (yun. ὀρθογραφία, ὀρθός – “düzgün” və γράφω – “yazıram”) yazıda nitqin qrammatik formalarının və