Nəşr edilmişdir 03/19/2025

Paylaşın

GÜNDƏM

“Azəriqaz” bayramda gücləndirilmiş rejimdə xidmət göstərəcək

IMG-20250319-WA0154(1)

Bayram günləri ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qeyri-iş günlərində gücləndirilmiş iş rejiminə keçəcək.
Baki-baku.az “Azəriqaz”a istinadən xəbər verir ki, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsi və Sumqayıt QİS-in Müştəri xidməti şöbəsi 20-31 mart tarixlərində saat 10:00-dan 16:00-kimi fəaliyyət göstərəcək. Xidmət Sabunçu, Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq. Həmçinin 20-24 və 29-31 mart tarixlərində BRQSD-nın və Sumqayıt QİS-in inzibati binalarında da vətəndaşlara xidmət göstəriləcək.
“ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində isə 20-24 və 29-31 mart tarixləri qeyri-iş günüdür. Mərkəzlərdə 25-28 mart tarixlərində vətəndaşlara xidmət göstəriləcək.
Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 Çağrı Mərkəzinə zəng edə və ya (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə də mesajlarını göndərə bilərlər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq “AzərEnerji” ASC gücləndirilmiş iş qrafikində çalışacaq.

Ən son

GÜNDƏM

Azərbaycanda bahar təravətli, bahar sevincli Novruz bayramı qeyd olunur.

GÜNDƏM

Azərbaycanda bahar təravətli, bahar sevincli Novruz bayramı qeyd olunur.