Nəşr edilmişdir 03/17/2025

Paylaşın

GÜNDƏM

Gənc Tamaşaçılar Teatrında Ağalar İdrisoğlunun yubileyi keçirilib

Ağalar İdrisoğlunun yubileyi, Ağalar İdrisoğlu, Gənc Tamaşaçılar Teatrı, Əməkdar İncəsənət Xadimi

Martın 15-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun yaradıcılığının 50 illiyi, həyat fəaliyyətinin isə 75 illik yubileyi keçirilib.
Baki-baku.az xəbər verir ki, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirinə dəvət olunan qonaqlar Xalq şairi Nəriman Həsənzadə, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı publisist Hümbət Həsənoğlu, rəssam Hüseyn Mirtəqevi çıxış edərək rejissoru yubiley münasibəti ilə təbrik edib, onun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər.
Teatr Xadimlər İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov yubiliyar haqqında səmimi fikirlər səsləndirib.
Daha sonra Ağalar İdrisoğlu Teatr Xadimlər İttifaqı tərəfindən “Teatr fədaisi” medalı ilə təltif olunub.
Tədbirin davamında yubiliyarın quruluşunda bolqar dramaturqu Panço Pançevin “Dörd əkizin nağılı” adlı pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan

Ən son

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”